Ölkə içi

Daha bir siyasi məhbus azadlığa çıxa bilər: Paşa Umudovun işi apellyasiyaya qaytarıldı

Bu gün Alı Məhkəmədə hakim İlkin Rəcəbov sədrliyi ilə AXCP sədri  Əli Kərimlinin ictimai əsaslarla sürücüsü Paşa Umudovun kassasiya şikayətinə baxılıb.JAMAZ.İNFO xəbər verir ki, vVəkil Zibeydə Sadıqovanın verdiyi şikayət qismən təmin edilib.

Məlumatda deyilir ki, Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilərək, yenidən apelyasiya instansiyasına qaytarılıb.

Paşa Umudov Nərimanov Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.4.2 maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Bakı Apelyasiya məhkəməsi hökmü qüvvədə saxlamışdı.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button