Ölkə içi

Ceyhun Bayramov: “Azərbaycan yeni dünya nizamının yaradılmasını təklif edir”

“Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi”.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
“Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmadığını gördük. Bu da BMT-yə qarşı olan etimadın azalmasına gətirib çıxarmışdı. Biz bütün beynəlxalq ictimaiyyətə yeni dünya nizamının yaradılmasını təklif edirik. Eyni zamanda, hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir. Biz BMT-nin daha səmərəli olmasında maraqlıyıq”, – o vurğulayıb.///”Report”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button