Ölkə içi

Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda kəndlərin tikintisinə başlanılacaq

Bu il Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin tikintisinə başlamaq planlaşdırılır.

Jamaz.info xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin tikintisi artıq 90% tamamlanıb.

V. Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi, yol və kommunikasiya infrastrukturunun yaradılması aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button