Ölkə içi

“Brüssel və Vaşinqton sərhədlərin delimitasiyasına müdaxilə edir” 

Brüssel və Vaşinqton Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinə müdaxiləyə cəhd edir. Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda jurnalistlərə deyib.

“Son bir il ərzində Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası prosesinə ilk növbədə Avropa İttifaqından və müəyyən dərəcədə ABŞ-dan müdaxilə cəhdləri olub, onlar indi də davam edir”, – Lavrov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdırlar. “Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus olması barədə razılığa gəlib. İndi, əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərində hamı tərəfindən razılaşdırıldığı kimi, münasibətlərin tam normallaşdırılması, ilk növbədə sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və nəqliyyat-iqtisadi əlaqələrinin heç bir maneə olmadan açılması üçün əməli addımlar atmalıdırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button