Ölkə içi

Blinken: “Vaşinqton tərəfləri birbaşa danışıqlara çağırır”

“Vaşinqton tərəfləri Qarabağ əhalisinə humanitar yardım axınını artırmaq üçün birbaşa danışıqlar aparmağa çağırır”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlama ABŞ dövlət katibi Entoni Blinkenə məxsusdur.

O qeyd edib ki, ABŞ humanitar yardımın Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağa eyni vaxtda çatdırılmasını alqışlayır. “Bu yaxınlarda prezident Əliyevlə müzakirə etdiyimiz yanaşma öz nəticəsini verdi. Bu tədarüklər irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlar aparmağa və region əhalisinə humanitar yardım axınının artırılmasına diqqət yetirməyə təşviq edirik”.

Dövlət katibi əmin edib ki, Birləşmiş Ştatlar çoxdankı problemlərin həlli, layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button