Ölkə içi

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları ləğv edildi

Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihələrini III oxunuşda qəbul edib.

Jamaz.info xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv edilir.

Yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button