Ölkə içi

Bakıda keçiriləcək dünya çempionatının məkanı müəyyənləşdi

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub.

Jamaz.info xəbər verir ki, bu barədə Publika.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Mayın 29-dan iyunun 4-dək təşkil olunacaq yarış Bakı Kristal Zalında baş tutacaq. Dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunsa da, sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.

Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley Bakıda qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button