Ölkə içi

Bəxtiyar Hacıyevin şikayəti təmin edilmədi

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Jamaz.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar elan edilib.

Qərara görə, Bəxtiyar Hacıyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button