Ölkə içi

Bəxtiyar Hacıyevi buraxmadılar

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev barəsində seçilən həbs qətiimkan tədbirindən verilmiş şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsi apellaysiya şikayətini rədd edərək, Bəxtiyar Hacıyevin həbsdə qalması barədə qərar çıxarıb.

Bu barədə B.Hacıyevin vəkili Aqil Layic bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətiimkan tədbiri seçib. (modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button