Ölkə içi

“Bəxtiyar Hacıyev hər an komaya düşə bilər”

Fevralın 17-də ictimai fəal Bəxtiyar Hacıyevin vəkili Rövşanə Rəhimli  və həkim Adil Qeybulla onunla Pentensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.

Jamaz.info xəbər verir ki, Rövşanə Rəhimli Toplum TV-yə açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyev saxlanma şəraitindən narazıdır, ombudsman Səbinə Əliyeva ilə yenidən görüş tələb edir.

Həkim Adil Qeybulla isə deyir, Bəxtiyar Hacıyev hər an komaya düşə bilər. O artıq həkim müdaxiləsindən də imtina edib.

Bəxtiyar Hacıyev ötən ilin dekabr ayının 9-dan həbsdədir. O məhkəməyə hörmətsizlik və xuliqanlıqda ittiham olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button