Ölkə içi

Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürülüb: qaçaqmalçılıq, çirkli pulların yuyulması, saxta sənəd…

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb. O, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, saxta sənədlərin hazırlanması və həmin sənədlərdən istifadədə ittiham olunur. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı hüquq müdafiəçisi Rüfət Səfərov yayıb.

Həmin məlumata görə, ittihamlar müstəntiq iyunun 16-da günorta saatlarında Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə elan edib. Vəkilinin sözlərinə görə, Bəxtiyar Hacıyev ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Qeyd edək ki, yeni ittihamlar ağır cinayətlər kateqoriyasına aiddir və ictimai fəalı bu maddələrlə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyevə indiyədək Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button