Ölkə içi

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

“Turan Air” MMC ləğv olunduğunu elan edib.
Jamaz.info xəbər verir ki, “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Turan Air” 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı “Azərbaycan Hava Yolları” Dövlət Konserni (indiki “Azərbaycan Hava Yolları” QSC – AZAL) və ABŞ-ın “İTİ Trading İnternational” şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət “Turan Air” Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button