Ölkə içi

“Azərbaycan yol kəsən yox, imkanları açan ölkədir” – Deputat Laçın dəhlizindən danışdı

“Azərbaycan Laçın dəhlizinin girişində gömrük və sərhəd postlarını yaratmalıdır”.

Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

“Laçın-Xankəndi yolunun açılmasının tələb edən ölkələrə və təşkilatlara bildirməliyik ki, Azərbaycan yol kəsən yox, Ermənistanın xarabazara çevirdiyi ərazilərdə yol tikən, yaradan, öz qələbəsi ilə Cənubi Qafqaza sülh-əminamanlıq gətirən, yeni əməkdaşlıq imkanları açan ölkədir. Laçın-Şuşa yolundakı dinc aksiya Azərbaycan xalqının erməni tərəfin təxribatlarını, talançılığı davam etdirməsinə, sülhməramlıların fəaliyyətinə narazılığın bilavasitə etirazıdır. Sülhməramlılar 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində zərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməliyik”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button