Ölkə içi

Azərbaycan sərhəddinə 400 nəfərlik missiya gəlir

Avropa İttifaqının Ermənistan ərazisindəki mülki missiyasına ilkin olaraq 400-ə yaxın müşahidəçi daxil olacaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Həmin məlumata görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bu gün Lüksemburqda görüş keçirəcək. Görüşün gündəmində əsas məsələ Ukrayna münaqişəsi olacaq. Bundan əlavə, nazirlərin Azərbaycan-Ermənistan sərhədindəki problemlərin həllinə yardım etmək üçün mülki missiyanın tərkibini təsdiqləyəcəkləri gözlənilir. Diplomatın sözlərinə görə, hələlik məsələnin təfərrüatları açıqlanmır. “Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə sərhəddə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. Biz məsələnin aktuallığını nəzərə alaraq, Gürcüstandakı missiyamızdan da işçi heyəti götürəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button