Ölkə içi

Arayik yenidən peyda olub: “istefa”sı və görəcəyi işlərdən danışıb

Qarabağdakı separatçıların keçmiş rəhbəri yenidən mediada peyda olub. JAMAZ.İNFO xəbər verir ki, Arayik Harutyunyan Qarabağdakı ermənilərə sual formasında müraciət edib.

O birinci “əvvəlcədən niyə “istefa” vermədim” sualına cavab verib. İddiası da bu olub ki, bunun səbəbi qondarma “konstitusiya” ilə bağlı olub. “Ona görə də, təşəbbüslə çıxış etdim ki, köhnə “konstitusiya” dəyişdirilsin və yenisi qəbul olunsun. Belə olan halda həm “seçki” keçirməyə gərək qalmayacaqdı, həm də həmin funksiyanı “parlament” həyata keçirəcəkdi”.

Harutyunyan deyib ki, separatçıların yeni rəhbəri seçilənə qədər Qarabağda hər hansı ciddi dəyişiklik olmayacaq. “Hazırda idarəçiliyi “parlament” həyata keçirir. Bundan başqa, yeni “dövlət naziri” var. Onun geniş səlahiyyətləri mövcuddur”.

O daha sonra yeni separatçıbaşının kim olacaq sualına cavab verməyə çalışıb. “Mən bu barədə heç nə deyə bilmərəm. Lakin müraciət edirəm ki, əlinizi vicdanınıza qoyub, seçim edəsiz. Başqa qüvvələrin təsir dairəsinə düşməyəsiz”.

Harutyunyan onu da deyib ki, o, bu prosesdə heç nəyə qarışmayacaq. “Tövsiyyəm odur ki, hansısa şəxs və ya qrup qarşıdurma yaramağa çalışmasın. Yoxsa, bu, Qarabağın gələcəyinə ciddi zərbə vuracaq. Həmçinin Ermənistan tərəfdən də xahiş edirəm ki, prosesə qarışmasın. Onlardan Qarabağın daxili işlərinə qarışmamasını rica edirəm”.

Keçmiş separatçıbaşı bundan sonra atacağı addımlar barəsində də danışıb. O bildirib ki, bundan sonra yeni seçilmiş separatçıbaşının yanında adayanacaq. “Bacardığım qədər ona dəstək olacam. Əlimdən gələn nə varsa, edəcəyəm. Lakin mən Qarabağın daxili siyasətinə qarışmayacam, heç bir siyasi prosesdə iştirak etməyəcəm. Gizlicə də heç yerə getmək fikrim yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button