Ölkə içi

AMEA-ya 3 ay vaxt verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan muzeylər Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.  Fərmana əsasən, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Həmçinin Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini üç ay müddətində təsdiqləməlidir. Fərmana əsasən AMEA-ya qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button