Ölkə içi

Aksiya iştirakçıları Xankəndidəki xəstələrin İrəvana aparılmasına razılıq verdi

Xankəndi xəstəxanasından çıxarılan bir nəfər ağır xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiətilə Laçın yolundan keçməklə Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.

Jamaz.info xəbər verir ki, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub. Xəstənin vəziyyəti ilə bağlı son durumu Xankəndi xəstəxananın baş həkimi Mher Musayelyan Ermənistan KİV-nə bildirib:

“1960-cı il təvəllüdlü kişinin ürəyində təcili əməliyyat lazımdır. O, Ermənistandakı Nork-Maraş Tibb Mərkəzinə aparılıb. Xəstə bir həftə əvvəl lazımi müayinədən keçib, lakin yol bağlı olduğundan onu daşıya bilməyiblər”.

Musaelyan qeyd edib ki, bu adam əvvəllər məlumatları açıqlanan ağır xəstələrin siyahısına daxil edilməyib.

Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Qeyd edək ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının daha bir göstəricisidir.

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button