Ölkə içi

Ağdərəyə güclü dolu yağıb- FOTOLAR  

Ağdərə şəhərinə dolu yağıb. JAMAZ.İNFO xəbər verir ki, bu təbiət hadisəsi 40 dəqiqə davam edib.

İlkin məlumatlara görə, güclü dolu yağması nəticəsində şəhərdə və onun ətrafında yaşayan əhalinin əkin sahələri, meyvə bağları və yaşayış evlərinə ciddi ziyan dəyib. Bundan başqa, elektrik xətləri sıradan çıxıb.

Məlumata görə, dolu yağması nəticəsində elektrik dirəklərindən biri yol kənarında dayanmış avtomobillərin üzərinə düşüb. 3 avtomobil dirəyin aşması nəticəsində zədələnib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button