Ölkə içi

2 müəssisə Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə dəstək Mərkəzi Səhiyyə Muxtar Respublikanın Nazirliyinin tabeliyindən çıxarılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə dəstək Mərkəzi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Darıdağ Arsenli Su Müalicəxanası” publik hüquqi şəxs statusu ləğv edilərək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button