Ölkə içi

Əli Abbasovdan həbs xəbərinə münasibət: “…elimlə məşğulam”

Sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri, hazırda Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsini tutan Əli Abbasov həbs olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Əli Abbasov Qaynarinfo-ya açıqlamasında deyib ki, hazırda İdarəetmə Sistemləri İnstitutununda işlərin səhmana salınması üçün ciddi tədbirlər həyata keçirir:
“Mən hazırda elimlə məşğulam və başqa şey bilmirəm. Rəhbərlik etdiyim qurumda işin səviyyəsinin yüksəldilməsi üçün əlimdən gələn nə varsa edir və onun üçün bu dəqiqə iclasa tələsirəm”.
Sabiq nazir barəsində yazılanları oxumadığını da bildirib: “Hələlik yazı ilə tanş deyiləm. Barəmdə KİV-də gedən yazı ilə bağlı məlumatlıyam. Özüm də yazı ilə tanış olacam”.
Qeyd edək ki, Əli Abbasov 2001-2004 Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasının üzvü, 2004-2014-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları naziri olub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib. 12 noyabr 2015-ci il tarixli sərəncamla isə tutduğu vəzifəsindən azad olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button