Media

Zaur Əkbər: “İcra başçısını həmin ərazidə yaşamağa dəvət edirəm”

“Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində hər yağış yağanda illərlə göz yumduğunuz, bəslədiyiniz ‘‘Məmmədoğulları’’ ASC-dən gələn çirkab kanalizasiya suları yaşadığımız ərazidə aşıb-daşır. Bu çirkab suları yaşadığımız evlərin altına dolur. Dəfələrlə sizə məktubla müraciət etsək də, hər zaman müxtəlif bəhanə ilə ”bu yaxınlarda həll ediləcək” kimi yalanlarınızı eşitməkdən bezmişik”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər icimai fəal Zaur Əkbər “Facebook” səhifəsi vasitəsilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciətində yer alıb.

Müraciətdə bildirilib ki, kanalın yaratdığı fəlakət insanların, xüsusilə də uşaqların həyatı üçün böyük bir təhlükə mənbəyinə çevrilib: “Ərazidə evlərin bir çoxu nəmlikdən çat verib. Bəzi uşaqlar nəmlikdən allergiya və revmatizm kimi xəstəlik tapıb. Bilirəm, sizə deyilən, yazılan heç bir müraciətin mənası yoxdur. Ona görə də İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev başda olmaqla bu işə məsul olan şəxslərin hamısını ailə üzvlərilə ilə birlikdə həmin əraziyə gəlib, yaşamağa dəvət edirəm”.

Zaur Əkbər məhkəməyə müraciət edəcəyini də vurğulayıb: “Problem ən qısa zamanda həllini tapmasa, şəxsən Binəqədi Rayon İcra Hakimiyyətini və “Məmmədoğullar Servis”i məhkəməyə verəcəyəm. Yerli məhkəmələrdə ədalət təmin olunmadığı halda isə ədalətin ali carçısı olan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button