Media

“Yeni Müsavat” qəzetinin ad günüdür

Bu gün “Yeni Müsavat” qəzetinin ad günüdür.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanda müasir dövrün ən uzunömürlü qəzetlərindən olan “Yeni Müsavat”ın ilk sayının çap edilməsindən 33 il ötür.

Qeyd edək ki, qəzet 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin ilk sayı 1989-cu ilin noyabrın 10-u çap olunub. Həmin ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat” üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsi çıxıb. O dövr ərzində “Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub. 1993-cü ilin martından qəzetin təsisçisi Müsavat Partiyasının başqanı İsa Qəmbər olsa da, sonradan – 2009-cu ilin noyabrında təsisçiliyi Rauf Arifoğluna təhvil verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button