Media

YAP-a yeni mətbuat katibi təyin edildi

Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə E.Quliyev özünün feysbuk səhifəsində bildirib.

O qeyd edib ki, 5 ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb: “Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün sturukturlarında çalışan dostlarıma fəaliyyətlərində uğurlar arzulayıram.
Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İçtimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm”.
.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button