Media

Tanınmış jurnalist studiya açdı: TV kimi fəaliyyət göstərəcək

Araşdırmaçı jurnalist Cəmil Məmmədli Xaçmazda studiya açıb. Bu barədə JAMAZ.İNFO-ya jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, şimal bölgəsində yaşanan problemləri işıqlandırmaq üçün belə bir studiyaya ehtiyac var idi: “Mən əvvəllər də şimal bölgəsinin problemləri ilə bağlı çəkilişlər edib, “Facebook” səhifəmdə yaymışam. Hansı media qurumu üçün maraqlı olubsa, həmin materialı tirajlayıb. İndi isə artıq studiya var və biz özümüz materialları qısa film şəklində, yaxud əhatəli material kimi hazırlayıb “YouTube” kanalımız üzərindən yayacağıq. Yəni, studiya faktiki olaraq internet televiziyası kimi fəaliyyət göstərəcək.

Bu gün media quruluşların əhəmiyyətli hissəsi Bakıda cəmləşib və əsasən paytaxtın problemlərinə fokuslaşıb. Əyalətlər isə demək olar ki, yaddan çıxıb. Ona görə də belə bir layihəyə ehtiyac var idi və biz bunu etdik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button