Media

Tanınmış jurnalist dünyasını dəyişdi

Tanınmış jurnalist Mehdi Mükərrəmoğlu vəfat edib.

Jamaz.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, Mehdi Mükərrəmoğlu uzun müddət “Kino” qəzetinin baş redaktoru olub. “Xalq qəzeti”nın əməkdaşı kimi fəaliyyətini davam etdirən istedadlı jurnalist bir neçə kitabın müəllifidir.

Mehdi Mükərrəmoğlu Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olub.

Qeyd edək ki, uzun illər ömrünü jurnalistikamızın inkişafına həsr edən ustadın ötən il 70 illik yubileyi qeyd edilib.

Mehdi Mükərrəmoğlu ailəli idi. 3 övladı var.(demokrat.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button