Media

Şura sədrindən yayımçılara xəbərdarlıq

Kabel operatorlarda yayımlanan kanalların 90 faizi lisenziya əsasında fəaliyyət göstərir.

Jamaz.info xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, gələn ildən bu rəqəmi 100 faizə çatdırmağı hədəfləyirlər:

“Bəzi kabel yayımçılarında qeyri-qanuni fəaliyyət göstərən kanallar olduğuna dair məlumatlar var. Biz onları lisenziya almağa dəvət edirik. Əks halda onların fəaliyyəti dayandırılacaq. Eyni zamanda, gələn ildən hansısa bir bədii film pirat üsulla yayımlansa, həmin kanal cəzalandırılacaq. İndidən kanalları xəbərdar edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button