Media

Sosial şəbəkələr üzərindən yayılan yalanlar və peşəkar jurnalistikanın problemləri…

Bu gün Azərbaycan günü-gündən dəyişən texnologiyaların inkişafı baxımından yalnız istehsalda geri qalır. Azərbaycanda mobil telefon və kompüter istehsal olunmur. Amma ölkədə onların istifadəsi və tətbiqi baxımından inkişaf danılmazdır. Dünyada ən modern texnologiya çıxandan sonra qısa bir vaxtda Azərbaycanda onun ən yaxşıları əlçatan olur. Bu baxımdan, yeni texnologiyanın müsbət tərəflərindən faydalana bilirik. İnformasiya və kommunikasiya texnologiyaları inkişafının mediada rolu nədən ibarətdir?
Jamaz.info xəbər verir ki, media eksperti Ələsgər Məmmədli Qaynarinfo-ya açıqlamasında bildirib ki, inkişaf edən və dəyişən texnologiyalar bu gün medianın formatını dəyişib:
“Hazırkı dövrdə bütün dünyada olduğu kimi bizim cəmiyyətdə də vətəndaş ölkədə baş verən hadisələr barədə sosial media vasitəsi ilə məlumat alır. Bu sadəcə bizə xas xüsusiyyət deyil. Media dünyaya transformasiya edir. Ənənəvi media deyilən bir şey qalmayıb, o yeni alətlərə transformasiya olunur. Sosial şəbəkələrin özündə də ənənəvi media var. “Sosial şəbəkə üzərindən məlumat alırıq” dediyimiz zaman böyük ehtimalla yenə də hansısa medianın sosial şəbəkə hesabı nəzərdə tutulur. Media yenə də var, amma yeni alətlər, xüsusən də mobil infrastrukturun genişlənməsi və mobil audiovizual formatda informasiyanın yayılması və qəbul edilməsi, qarşılıqlı ünsiyyət imkanlarının genişlənməsi artıq bizi yeni vəziyyətə alışmağa məcbur edir. Çünki ənənəvi media peşəkar jurnalistikaya xidmət edir. Yəni, bu zaman hər şeyə peşəkar yanaşmaq lazımdır. Sosial medianın bundan fərqi odur ki, burda sadəcə ənənəvi medianın peşəkarlığı yox, həm də rastgələ fərdlərin mövcudluğu müşahidə edilir. Rastgələ fərdlər qeyri-peşəkar olanda təəssüf ki, sosial media üzərindən yalan informasiya yaya bilir. Bəzən yanıldıcı olur, bəzən də düz. Amma burada bizim üzərimizə düşən vəzifə yeni media alətlərinin inkişafı ilə bağlı media savadlılığını artırmaq lazımdır. Yəni, qəbuledici olan cəmiyyət hansı informasiyaya güvənməlidir? Onun mənbəyi necə tapmalıdır, gercəklə yalan necə ayırmalıdır? Biz bu gün onu öyrədə bilmirik, başlıca problemimiz də budur. Hazırda dünyada məhz bu istiqamətdə işlər gedir ki, yalan və doğru xəbərləri bir-birindən necə ayırmaq olar? Bunu bilən auditoriya artıq sosial medianın qorxulu üzü ilə yox, onun faydalı üzü ilə hesablaşmış olacaq”.
Ələsgər Məmmədli vurğulayıb ki, istəlinən informasiya məsuliyyət daşıyır:
“Yeni media qanununa görə, onlayın və oflayın fərqi yoxdur, informasiya yayılıbsa, məsuliyyətlər yaranır. Kiminsə haqqında məlumat yayaılıbsa və bu, ona zərər veribsə, həmin şəxs cazalandırıla bilər. Bu qayda həm də inzibati qaydadır. Ona görə belə bir anlayış yoxdur ki, sosial şəbəkə hər şeydən azad olub, kim nə istəyir yaza bilər. Başqalarına zərər verdiyimiz halda sosial media üzərindəki azadlığınız məhdudlaşacaq”.
Ekspert media qurumunda olan jurnalistlərə öz tövsiyyəsini də verib:
“Jurnalistin ən birinci vəzifəsi məlumatın, aldığı informasiyanın doğruluğunu müəyyən etməkdir. Bunun üçün əlindəki mənbənin, qaynaqların nə qədər etibarlı olduğuna baxacaq. Etibarlı olmayan məlumatı, məsələn, bir şəxs sosial şəbəkə üzərindən hər hansı bir məlumat yayıbsa, lakin etibarlılığı şübhə doğurursa, onu yaymayacaq. Amma onu ciddi bir media orqanının sosial səhifəsi yayıbsa, bu, artıq ciddi mənbədir və ona güvənmək olar və bundan əlavə məsuliyyət daşıyacaq tərəf mövcuddur. Jurnalist mənbələrin doğruluğunu, etibarlığını yoxlamadan hər hansı informasiyanı paylaşmamalıdır. Bu, birmənalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button