Media

Qənimət Zahid hökuməti uddu – 8500 avro

Martın 24-də Avropa İnsan Hüquqlar Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha bir qərarını elan edib. Avropa Məhkəməsi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsxanada olarkən ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu bildirib.
Qeyd olunub ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsxanada əlyazmaları əlindən alınıb və məhv edilib.
Qərara əsasən, Azərbaycan hökuməti Qənimət Zahidə 8500 avro təzminat ödənilməlidir. Bu barədə aihmaz.org məlumat yayıb.
Məhkəmə işi “Azadlıq” qəzetinin redaktorunun xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi iddiası ilə bağlı olub:
“İş həmçinin, ərizəçinin ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı qaldırdığı məhkəmə çəkişmələrini də əhatə edirdi”.
2008-ci ilin fevralında Yasamal Rayon Məhkəməsi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
O, Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilirdi.
Q. Zahidə qarşı ittiham 2007-ci ilin noyabrın 7-si saat 16 radələrində “Azadlıq” qəzeti redaksiyasının yerləşdiyi “Azərbaycan” nəşriyyatının binası qarşısında baş vermiş insidentlə bağlı olub.
Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Qənimət Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Həmin gün Yasamal rayon Polis İdarəsinə müraciət edən V.Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.
Sevgiladə Quliyeva isə 2009-cu ilin noyabrında narkotik, 2015-ci ildə isə oğurluq ittihamları ilə həbs edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button