Media

Onların nə işlə məşğul olduqlarını bilirik: İndi media reyestrinə qarşı çıxanlar…

İndi Media Reyestrinə qarşı çıxanlar son 30 il müddətində Azərbaycanda media mühitinin saflaşdırılması, KİV-dən sui-istifadə hallarının qarşısının alınması yönündə heç bir təklif verməyiblər.

Jamaz.info xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli sosial şəbəkə hesabında yazıb.

O, daha sonra qeyd edib:

“Bilməzlikdən deyil, sadəcə ortamın xaotik olması onlar üçün əlverişli idi. Əvvəllər KİV adına ölkədə 6 min qurum qeydiyyatdan keçmişdi. Real fəaliyyət göstərənlərin, ölkənin informasiya yükünü çəkənlərin sayı isə bunun heç 10 faizi qədər də deyildi.

Qalan 90 faiz nə işlə məşğul idi? Sual əslində ritorikdir. Onların nə işlə məşğul olduqlarını hamımız bilirik. İndi media reyestrinə qarşı çıxanlar isə daha yaxşı bilirlər. Bildikləri üçün də indi reyestrin yaradılmasına qarşı dururlar.

“Bulanıq suda balıq tutmaq” erasının başa çatması bu zümrənin manevr imkanlarını daraldır. İmkanları daraldıqca, çapalar da çoxalır. Çeşidli kampaniyalar keçirirlər, tənqid, təhqir edirlər, olmayan informasiyaları uydurub yazırlar, hətta Avropaya şikayətlər göndərirlər ki, prosesi durdura bilsinlər. Qeyd etdiyimiz kimi, bunların maraqları bəllidir. Amma bəlli olmayan bəzi məqamlar da vardır.

Məsələ ondadır ki, bəzən bu kampaniyaların içində peşəkar mühitdə fəaliyyət göstərmək potensialı olanların da adlarını görürük. Onlar nədən narahatdırlar? İşin mahiyyətinimi anlamayıblar, yoxsa əks prosesə qoşulmalarında fərqli bir səbəbmi var? Görünür, bu yöndə daha dərin bir araşdırma aparmağa zərurət vardır”.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button