Media

“Neftçi TV”yə yayım lisenziyası verildi

Audiovizual Şura “Neftçi TV”yə yayım lisenziyası verib.
Jamaz.info
xəbər verir ki, bu barədə Şuranın iclasında qərar qəbul olunub.
Bildirilib ki, keçirilmiş müzakirələrdən sonra “Neftçi Media” MMC-yə (televiziya redaksiya adı “Neftçi TV”) və “TVNET Telecom” MMC-yə (televiziya redaksiya adları “TVNET Kino” və “TVNET Sport”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub:
“Həmçinin, Şuranın müvafiq qərarları ilə “AzəriGlobalServis” QSC-yə (xidmət adı “AGS TV”) və “A2Z Technologies” QSC-yə (xidmət adı “AzNet”) universal platforma operatoru lisenziyaları verilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button