Media

Nazim Sabiroğlu baş redaktor təyin edildi

Tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu bu gün qəzetin baş redaktoru təyin olunub.

Jamaz.info xəbər verir ki, bu barədə Yeni Müsavat Media Qrupunun rəhbəri müvafiq əmr imzalayıb.

Nazim Sabiroğlu 1971-ci ilin 8 noyabr tarixində Şuşa şəhərində doğulub. Uzun illərdir mətbuatdadır. O, “Dedektiv”, “525-ci Qəzet” və digər KİV-lərdə çalışıb. 2001-ci ildən “Yeni Müsavat”da işləyir. 2001-2005-ci illərdə sözügedən qəzetdə müxbir və köşə yazarı kimi fəaliyyət göstərib. 2005-ci ilin yanvar ayından “Yeni Müsavat”ın redaktoru vəzifəsini tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button