Media

Media orqanlarına kreditlər verilə və vergi güzəşti tətbiq edilə bilər

Media haqqında” yeni qanun layihəsi üzərində iş artıq yekunlaşıb. Qısa müddətdən sonra o, Milli Məclisdə müzakirələr üçün təqdim ediləcək.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov dekabrın 9-da keçirdiyi görüşdə deyib.

Əhməd İsmayılov Azərbaycanda media sahəsindəki peşəkarlığı artırmaq və media mühitini yaxşılaşdırmaq üçün bir sıra layihələrin həyata keçiriləcəyini bildirib.

– Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırılacaq. Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı iş gedir.

– Onlayn mediaya dair standartlar hazırlanacaq. Bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar media subyektlərin fəaliyyətinə mənfi təsir edir. Peşəkar media subyektləri birgə səylər göstərərək bu cür halların qarşısını ala biləcək.

– Onlayn media sahəsində reklam işinin optimallaşdırılması və potensialının gücləndirilməsi istiqamətində xüsusi layihə konsepti – MediaAd hazırlanacaq

– Media subyektlərinə güzəştli kreditlər verilə bilər.

– Media orqanlarına 5 illik vergi güzəşti tətbiq edilə bilər

– Media subyektləri üçün biznes təlimlərinin keçirilməsi də planlaşdırılır.

“Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək”, – deyə Əhməd İsmayılov açıqlamasında deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button