Media

Media dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.

Jamaz.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır:

“Media sahəsində milli məzmun, sosial reklam elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri hazırlanıb. Bu sahədə beynəlxalq təcrübədən istifadə olunub. Hazırda təhlil və təkliflər üçün təqdim edilib” – deyə Əhməd İsmayılov vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button