Media

Məşhur jurnalist əməliyyat olundu

A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan jurnalist Səbuhi Məmmədli əməliyyat olunub.

Jamaz.info xəbər verir ki, TƏBİB-dən modern.az-a verilən məlumata görə, əməliyyat uğurlu keçib və jurnalistin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, jurnalist Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb. Onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alır təmin edilir.

Hazırda müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button