Media

Məhkəmə binasında jurnalistə hücum edildi

Bu barədə jurnalist özü xəbər verib. Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, əməkdaşımız ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.
Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib. “O, məhkəmə koridorunda yumruq atdı. Sonra məhkəmə binasının önündə də davam etdi. 25 dəqiqədir “102”-yə məlumat vermişəm”, – İlkin Muradov qeyd edir.
Ümidvarıq ki, cinayətlərin mühakimə olunduğu binada cinayət törətmək təşəbbüsü göstərən, jurnalistin peşə fəaliyyətinə əngəl yaratmağa çalışan şəxs layiqli cəzasını alacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button