Media

Lukaşenko Afinadan Vilnusa uçan təyyarəni Minskə endirmək göstərişi verdi: JURNALİST HƏBS OLUNDU

Belarusiyada ötən il baş verən siyasi proseslərdə aktiv olan və Minsk hakimiyyətinin müxalifətin etirazlarında törətdiyi əməlləri, habelə ölkədə cərəyan edən prosesləri bütün dünyaya yayan “Nexta” Teleqram Kanalının rəhbəri Roman Protaseviç həbs olunub. JAMAZ.İNFO xəbər verir ki, Belarusiya prezidenti Aleksandr Lukaşenkonun “düşməni” olaraq tanınan jurnalistin həbsi üçün Minsk hakimiyyəti oyun oynayıb.

Belə ki, Protaseviç Afinadan Vilnusa təyyarə ilə uçarkən qəfil hava gəmisində bomba olduğu barədə xəbərdarlıq edilib. Təyyarədki sərnişinlərin təhlükəsizliyi üçün onu Minskdə endirilməsi qərara alınıb. Məlumatda qeyd edilir ki, əvvəlcə pilot daha yaxında olan Vilnus Hava Limanına eniş etmək istəyib. Lakin Belarusiya hava məkanından keçdiyi üçün şəxslən Lukaşenkonun göstərişi ilə havaya 2 MiQ-29 təyyarəsi qaldırılıb və sərnişin təyyarəsini məcburi qaydada Minsk aeroportuna endiriblər. Minsk Hava Limanında məlum olub ki, “Ryanair” şirkətinə məxsus təyyarədə hər hansı bir partlayıcı olmayıb. Lakin enişdən dərhal sonra Belarus xüsusi təyinatlıları təyyarəyə daxil olaraq, Protaseviçi həbs ediblər.

Qeyd edək ki, Belarusiyada baş verən etirazları işıqlandırdığı üçün Protaseviç haqqında cinayət işi açılıb. Belə ki, o, “kütləvi iğtişaşların təşkil edilməsi” (15 il azadlıqdan məhrum etmə cəzası var), “Kütləvi şəkildə ictimai asayişin pozulmasının təşkil olunmas” (3 ilə qədər həbs cəzası) və “sosial ayrı-seçkiliyin düşmənçilik səviyyəsinə çatdırma, təbliği, yayılması və sairin təşkili” (12 ilə qədər həbs cəzası) maddələri ilə ittiham olunur.

Aleksandr Lukaşenkonun yaxın ətrafından “Pul Pervoqo” Teleqram Kanalına verilən açıqlamaya görə, təyyarədə partlayıcı maddənin olması barədə məlumat dərhal prezidentə xəbər verilib. “Həmin vaxt təyyarə Vilnusun sərhəddində idi. Lakin nədənsə Minskə eniş etdi. Lukaşenko məsələdən xəbər tutan kimi, göstəriş verdi ki, təyyarəni döndərmək və qarşılamaq lazımdır. Bu məqsədlə havaya MiQ 29 hərbi təyyarələri belə qaldırıldı”.

JAMAZ.İNFO xəbər verir ki, Protaseviçin həbsinə ilk etiraz Avropa Komissiyasından gəlib. Komissiyanın rəhbəri bəyan edib ki, Minsk baş verənlər qəbuledilməzidir. “Bütün sərnişinlər Vilnusa yola salınmalıdır”.

Avstriya XİN-i isə bəyan edib ki, “Ryanair” şirkətinə məxsus təyyarə ilə bağlı baş verənlərin müstəqil beynəlxalq araşdırması aparılmalıdır.  “Bütün sərnişinlər dərhal Vilnusa yola salınmalıdır. Roman Protaseviç isə qeyd-şərtsiz azad edilməlidir”.

Almaniya XİN baçısı Migel Berger bəyan edib ki, Minsk baş verənlərə dərhal aydınlıq gətirməlidir. “Belarus hakimiyyəti baş verənlərə təcili aydınlıq gətirməlidir. Roman Protaseviç dərhal azadlığa buraxılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button