Media

Kəlbəcərdə mina partlaması nəticəsində daha bir jurnalist yaralanıb: 3 YARALI VAR – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı hadisəsi baş verib. JAMAZ.İNFO xəbər verir ki, hadisə nəticəsində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Aldığımız son məlumata görə, mina partlayışı nəticəsində daha üç nəfər yaralanıb. Hadisə zamanı, həmçinin AzTV-nin rejissoru Emin Məmmədov, sürücü və kənd sakini yaralanıb.
AzTV KİV nümayəndələrinin bu gün Kəlbəcərin Susuzluq kəndində minaya düşdüyü hadisə yerindən videogörüntüləri yayıb.

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button