Media

Jurnalistlər mina partlayışları olan əraziyə getdilər

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərdə mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb. JAMAZ.İNFO xəbər verir ki, məqsəd media nümayəndələrini erməni hərbi birləşmələrinin 2020-ci ildən sonra minaladığı ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Bundan əlavə, müəyyən edilib ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button