Media

“Jurnalistlərə qarşı ayrı-seçkiliyin səviyyəsi çirkindir”

Ağ Evin sözçüsü Karine Jan-Pier jurnalistlə mübahisə etdikdən sonra brifinq otağını tərk edib.

Jamaz.info xəbər verir ki, “Today News Africa”-nın jurnalisti Simon Ateba onunla mübahisədən sonra brifinqi yarımçıq kəsən Ağ Evin sözçüsü Karine Jan-Pieri afrikalı jurnalistlərə qarşı ayrı-seçkilik etməkdə günahlandırıb. O, bu barədə “Fox News” telekanalında açıqlama verib.

Ağ Evdəki afrikalı jurnalistlərin üç aydır mətbuat katibinə sual verə bilmədiklərini qeyd edən jurnalist, “Təsdiq edə bilərəm ki, Ağ Evdə mənə, afrikalı jurnalistlərə qarşı ayrı-seçkiliyin səviyyəsi heyrətamizdir, çirkindir” deyib.

Qeyd edək ki, Ağ Evin sözçüsü Karine Jan-Piere, “ABŞ-Afrika sammiti ilə bağlı sual vermək niyə bu qədər çətindir” deyən Ateba ilə mübahisə etdikdən sonra brifinq otağını tərk edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button