Media

Jurnalistin maşınını qarət etdilər

Bakıda avtomobildən oğurluq edilib. Lent.az xəbər verir ki, naməlum şəxs “Musavat.com”un əməkdaşı İlkin Muradova məxsus “Wolksvagen Passat” markalı avtomobilin şüşəsini sındırıb. Bu barədə İ.Muradov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, hadisə bu gün paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində “Yeni Musavat” qəzetinin ofisinin qarşısında baş verib. Avtomobilin şüşəsini sındıran şəxs daha sonra içərisində sənədlər və bank kartları olan portmanatı oğurlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button