Media

Jurnalistin anası xəstəxanadan buraxılmır – 20 min borc var

Dostlar, təcili kömək lazımdır. Xəstəxanaya borcumuz 20 minə çatır. Ödəyə bilmirik deyə anamı xəstəxanadan çıxara bilmirik. Evdə müalicə üçün də əlavə 6-7 min manat pul lazımdır.

Jamaz.info-nun Tribunainfo.az-a istinadən məlumatına görə, bu barədə uzun müddətdir anası xəstəxanada müalicə alan jurnalist Nərmin Əkbərli yazıb. O bildirib ki, anası dekabrdan reanimasiyadan çıxsa da yığılmış borc səbəbindən onu xəstəxanadan çıxara bilmir:

“Xəstəxanadansa evdə müalicə daha effektivdir. Çünki artıq baxım xəstəsidir. Bundan sonra yalnız bədən qüvvətlənməli və ayağa qalxmalıdır. Xahiş edirəm, anamı sabah tezdən çıxarmaq üçün hansısa bir vasitə ilə yardım edəsiniz. Dostluğumda Fondla əlaqələri olan kifayət qədər insan var. Lütfən, səssiz qalmasınlar. Ağstafa rayon icra başçısı Seymur Orucova da müraciət etdim. Amma başçımız öz sakininin bu vəziyyətinə səssiz qalır. Kimdən yardım istəyim bilmirəm artıq.
Qeyd: Xəstəxana ilə bağlı heç bir problem yoxdur. Tam əksinə məni bu qədər gözlədikləri üçün onlara çox minnətdaram. Sadəcə artıq hər gün burda yazılan borcdansa, evdə müalicə daha ucuz və daha yaxşı olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button