Media

Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi

Qarabağdan qovulmuş separatçıların keçmiş “lideri”, hazırda Bakıda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb.
Modern.az-ın məlumatına görə,  AzTV-nin yaydığı görüntülərdən bəlli olur ki,  Azərbaycan Ordusunun gəlişindən qorxan separatçıların “rəsmiləri” danışdıqları telefonun dəstəyini belə yerinə qoymadan tələm-tələsik qaçıblar.
Yeri gəlmişkən, Xankəndidən reportaj hazırlayan AzTV-nin əməkdaşı Vüsal Məmmədov sosial şəbəkədə Arayik Arutyunyanın keçmiş kabinetindən maraqlı görüntü paylaşıb. Telejurnalistin Arutyunyanın kreslosunda əyləşib poza verməsi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button