Media

“İndi qayıdış mümkün deyil”

“Prezident İlham Əliyev bir daha göstərdi ki, o, öz ölkəsinin milli maraqlarını lazım olduğu səviyyədə güdür. O,lazım gələrsə, Rusiya, lazım gələrsə, Qərblə də münasibətlərini yaxşılaşdıraraq, istədiyinə nail ola bilər”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözləri separatçıların nümayəndəsi Artak Beqlaryan deyib.

Separatçıların nümayəndəsinin sözlərinə görə, ermənilərin Qarabağa qayıtması üçün şərait və zəmanətlər olmalıdır. O hesab edir ki, bu zəmanətlər kollektiv təminatlara əsalanmalıdır. “Beynəlxalq kollektiv təminatlar olarsa, məsələn, BMT Təhlükəsizlik Şurası kollektiv məsuliyyəti öz üzərinə götürərsə, Qarabağa qayıtmaq mümkün olacaq”.

Lakin Beqlaryan indiki şəraitdə bunun mümkün olmadığını də etiraf edib. O deyib ki, hazırda Ermənistanda “Qarabağa qayıdacağıq” təbliğatını aparanlar bleflə məşəuldurlar. “Onların bir qismi siyasətə qatılmaq üçün bu mövzudan yararlanır. Digər qismi isə nəyin baş verdiyini belə bilmir. Belə bir təəssürat yaranır ki, bəziləri mövzudan kənarda qalmamaq və vaxtı uzatmaq üçün Qarabağa qayıtmaqdan danışırlar. Lakin zaman qayıdışın xeyrinə deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button