Media

Həbsdə olan bloger Azərbaycan prezidentinə müraciət edib

Həbsdə olan bloger Elçin Həsənzadə Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılması ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək işə ədalətli baxılmasının təmin edilməsini xahiş edib.

O, korrupsiyanı ifşa etdiyinə görə əziyyət çəkməsi barədə müraciətinin dövlət başçısına, beynəlxalq qurumlara və mediaya çatdırılmasını KİV-dən xahiş edib.”Dövlət başçısı özü medianı korrupsiyanı ifşa etməyə və ona qarşı mübarizədə ona yardım etməyə çağırıb. Mən korrupsiya hallarını çəkib göstərdim və buna görə məni həbs etdilər. Mən öz materialmda “iribuynuzlu məmur” yazmışdım ki, buna görə məni 8 ay müddətinə azadlıqdan məhrum etdilər”, – o bildirib.
Həsənzadə hesab edir ki, onun həbsinin arxasında tənqid etdiyi Mingəçevir şəhərinin rəhbərliyi dayanır.
Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadəni və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb. O, Həsənovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddianın səbəbi sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlərdir. Bundan öncə Mingəçevir Məhkəməsi onların barəsində islah işlərilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəz edib. Elçin Həsənzadə həmçinin hüquq-müdafiə fəaliyyətilə məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan “Yüksəliş naminə”qəzetinin redaktor müavini olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button