Media

Erməni baş redaktor azərbaycanlı jurnalistlərlə görüşdən danışdı

Bu gün Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü keçirilib

Jamaz.info-nun məlumatına görə, dörd ölkənin media nümayəndələri Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan “Cənubi Qafqazda sülh və medianın rolu” adlı toplantıda bir araya gəliblər. Tədbir çərçivəsində Azərbaycan və Ermənistan jurnalistlərinin ikitərəfli görüşü baş tutub.

Erməni jurnalist, “Arminfo” saytının baş redaktoruEmmanuli Mkrtçyan görüşün faydalı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması üçün belə görüşlər xüsusi əhəmiyyətə malikdir.

“Biz görüş zamanı müharibədən sülhə gedən yolda ciddi işlərin həyata keçirilməsi barədə müzakirə apardıq. Əlbəttə, bunlar ciddi müzakirə mövzusudur. İkitərəfli görüşdə azərbaycanlı jurnalistlərlə faydalı addımlar ata biləcəyimiz barədə danışdıq. Bu, sülhə yardım edə bilər. Gürcüstan bunun üçün yaxşı platformadır. Biz, həmçinin gələcəkdə jurnalistlərlə bağlı layihələri nəzərdən keçirdik. Biz hər şeyə sıfırdan başlamağa məcburuq. Hesab edirəm ki, belə görüşlərin keçirilməsi sülh quruculuğu prosesində vacibdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button