Media

Dövlət saxta sənədlə mənzil almış jurnalistlərdən necə geri ala bilər?

“Jurnalistlərin binasında mənzil almaq üçün saxta sənəd verənlər də məsuliyyət daşıyır”. Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov ikinci binada KİV nümayəndələrinə mənzillərin verilməsi qaydaları və şərtlərinin pozulması faktlarına aydınlıq gətirərkən deyib. Vəkilin sözlərinə görə, həmin şərtlərdən kənar ev alan jurnalistlərin hər biri məsuliyyət daşıyır: “Axırıncı iş yerində 5-6 ay işlədiyi müddətdə ev alıblarsa, onlara həmin evi verənlər də məsuliyyətə cəlb olunmalıdır. Jurnalistlərə evi bağışlanmaq müqaviləsi üzrə veriblər. Dövlət bu halda həmin müqavilənin etibarsız, əhəmiyyətsiz sayılması əsasında məhkəməyə müraciət edə bilər ki, evi jurnalistlərin əlindən ala bilsin”.
Qeyd edək ki, ikinci binada KİV nümayəndələrinə mənzillərin verilməsi üçün əsas qaydalar və şərtləri açıqlanmışdı. Ev almaq üçün namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button