Media

Azercell jurnalistləri növbəti ingilis dili kurslarına qoşulmağa dəvət edir

Lider mobil operator milli mətbuatın inkişafına töhfə verməyə davam edir

“Azercell Telekom” MMC ölkəmizin mövqeyini beynəlxalq müstəvidə gücləndirmək və ictimaiyyəti operativ şəkildə məlumatlandırmaq istiqamətində müstəsna rolu olan milli media nümayəndələri üçün ingilis dili kurslarını davam etdirir.

Kurslar çap, elektron kütləvi informasiya vasitələrində, eləcə də teleradio sahəsində çalışan və ən azı bir il iş təcrübəsinə malik olan bütün jurnalistlər üçün açıqdır. Qeydiyyat üçün hər bir jurnalist KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 04.03.2023 tarixinə kimi azercell.press@azmemo.info elektron ünvanına göndərməlidir. İxtisaslaşmış ingilis dili müəllimləri tərəfindən aparılacaq dərslərdə milli media nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq.

Xatırladaq ki, lider mobil operator jurnalistlər üçün ingilis dili kurslarını 15 ildir təşkil edir. Bununla yanaşı, KİV nümayəndələrinin fəaliyyətini daima diqqət mərkəzində saxlayan Azercell mütəmadi olaraq jurnalistlər üçün maraqlı mövzularda seminar və təlimlər də həyata keçirir.

Dünya xəbərlərini və Azərbaycan həqiqətlərini müxtəlif platformalar üzərindən ictimaiyyətə dolğun və operativ şəkildə çatdırılmasına dəstək olmağa çalışan Azercell jurnalistlərin peşəkar inkişafına töhfə verən layihələrini davam etdirəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button