Media

Azercell jurnalistə 700 manat borc yazdı – “Biri bu soyğunçuluğu durdursun”

“Biri bu Azercell-in soyğunçuluğunu durdursun. Rominqdə bilmədən internetim açılıb, kredit limitim 60 manat olduğu halda, 1saat olmadan, nömrəmə 697.38 AZN borc yazıb”.

Jamaz.info xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında Zaur Qəriboğlu yazıb.

O qeyd edib ki, belə bir borcun yazılması məntiqsizdir: “Bu hansı məntiqdir ki? Nömrənin kredit limiti 60 manatdırsa, necə olur, 697.38 AZN borc yazırsınız? Qayıdım, məhkəməyə müraciət edəcəyəm! Olmaz belə, bu qədər də olmaz! Əvvəllərdə bu halla qarşılaşmışdım, az məbləğ olduğu üçün ödəmişdim ki, vaxt itirməyim. Amma bunu keçməyəcəm!”.(Turkustan.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button