Media

Azərbaycanda yeni radiokanal fəaliyyətə başladı

Bu gündən etibarən Azərbaycanda yeni radio kanalı fəaliyyətə başlayıb. Modern.az xəbər verir ki, REAL FM adlı yeni radio kanalı Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyində yayımlanacaq.

Dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş REAL FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir. Xəbərlərlə yanaşı Real FM-də musiqilər də səsləndiriləcək.

REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Qeyd edək ki, “Real FM”ın yayımlandığı tezlik daha əvvəl “Lider” radiosuna məxsus idi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button