Media

Azərbaycanda türk və rus kanallarına baxan tamaşaçıların reytinqi açıqlanıb

Bir həftə ərzində türk kanallarına 3 milyon 500 min, rus kanallarına isə 1 milyon 550 min adam baxıb.

Jamaz.info xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yerli kanallara daha çox adam baxıb, bir həftə ərzində 5 milyon 251 min adam.

“Yerli kanalların ortalama izləmə müddəti 4 saat olub. Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. Onların ortalama baxışı 2 saat olub. Rus kanallarına baxış sayı isə 1 milyon 550 min olub və ortalama bazış müddəti 30 dəqiqədir”, – İsmət Səttarov deyib və əlavə edib ki, 25 faiz əhali digər platformaları izləyib.

Rəsminin sözlərinə görə, yerli kanallara baxan yoxdur iddialarının əsası yoxdur, çünki iri reklamlar televiziyalardadır.

“Gələn ilin əvvəlindən kanalların reytinqi Audiovizual Şuranın saytında elan olunacaq. İstənilən şəxs oradan hansı kanalların daha çox izlənildiyinə baxa biləcək. Burada geniş data məlumatı olacaq”, – deyə Səttarov açıqlamasında bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button